ATƏT nümayəndələri bu dəfə də Krıma buraxılmadı

img

09-03-2014 [12:01]


Ukraynanın Krım muxtar respublikasında vəziyyət gərgin olaraq qalır. ANS PRESS-in məlumatına görə, ötən gün yarımadanın şimal hissəsində yerləşən Armiyansk şəhərində rusyönümlü silahlı qüvvələr növbəti dəfə ATƏT müşahidəçilərinin bölgəyə daxil olmasına imkan verməyiblər. Əskərlər havaya atəş açaraq avtobusların qarşısını kəsiblər.

«Biz artıq 4-üncü dəfədir ki, yarımadaya girməyə cəhd göstəririk, lakin bu dəfə də qarşısımızı kəsdilər. Əskərlər bizim Krıma daxil olmağımız üçün rəhbərlik tərəfindən icazə verilmədiyini bildirdilər. Onlar yeganə səbəbi bu idi. Lakin bu dəfə onlar daha acıqlı idilər. Əsasən, ukraynalı əskərlərə qarşı kobud davranırldırlar. Lakin Tanrıya şükürlər olsun mübahisələr şifahi oldu. Bizə qarşı isə heç bir fiziki təzyiq göstərilmədi. Biz Ukraynanın ümaricəti ilə buradayıq. Mandatımızın müddəti 12 mart tarixinə qədərdir. Lakin yenidən müraciət etsələr, yenidən cəhd edəcəyik» - deyə ATƏT-in nümayəndəsi Qabor Aks qeyd edib.

Bu arada, Krımın statusuna dair martın 16-sına planlaşdırılan referendum seçkiləri üçün hazırlıq işləri start götürüb. Paytaxt Simferepolda seçki komissiyasının sədri Mixaylo Malişev seçki bülletenlərini təqdim edib. Malişev bildirib ki, seçkilər zamanı təhlükəsizlik xidməti yerli polis tərəfindən təmin olunacaq.

Ukrayna hökuməti və Qərb Krımın statusunun referendum yolu ilə müəyyən edilməsinə qarşı çıxır və bunu beynəlxalq qanunların pozulması kimi dəyərləndirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA