Ermənistanın Baş prokuroru da istefaya hazırlaşır

img

24-01-2022 [11:02]


Ermənistanın Baş prokuroru Artur Davtyan istefa vermək qərarına gəlib.

Bunu ölkənin “Johovurd” qəzeti yazıb.

Bildirilib ki, səlahiyyət müddəti sentyabrda bitməli olan Baş prokurora artıq əvəzləyici axtarılır.

Məlumata görə, A.Davtyan hətta Baş nazir Nikol Paşinyana onu İrəvan Dövlət Universitetinin hüquq fakültəsinin dekanı təyin etməyi təklif edib. Lakin Baş Prokurorluq bunun həqiqətəuyğun olmadığını açıqlayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA