Putinin keçmiş məsləhətçisi: "Ruslar Krımı yox, Ukraynanı işğal edəcək"

img

08-03-2014 [17:53]



"Rusiya Krımı işğal etmək planını altı il əvvəl hazırlamışdı".

Bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putinin eks-məsləhətçisi Andrey İllarionov çıxış edib. O, iki gündən sonra Ukraynanın taleyinin bəlli olacağını deyib:

"İki gündən sonra Krımla bağlı Duma və Təhlükəsizlik Şurası qərar qəbul edəcək. Bir gün gözünüzü açıb görəcəksiniz ki, Krımda əsgərlərin hər birinə rus paltarı geyindirib ağır silahlarla təhciz ediblər. Bu, onsuz da olacaq. Putin hələ bunu altı il öncə planlaşdırmışdı. Ardınca isə cənub və şərq bölgələriniz işğal ediləcək. Qarşınızda iki variantınız qalır. Ya Çexoslovakiya kimi qalmaq, ya da ki Finlandiya variantını seçmək. Qərbə ümid etməyin. Axırıncı dəfə onlar Gürcüstana dəstək verəndə Putin Tiflisin 35 kilometrliyinə çatmışdı. İndi isə onun əllərini heç kim bağlamır. Məsələ Krımın yox Ukraynanın işğalıdır".  

Qeyd edək ki, Krım rəhbərliyi Ukrayna hakimiyyətini tanımaqdan imtina edib(musavat.com).  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA