Avropa Komissiyasından Rusiyaya Ukrayna ilə bağlı xəbərdarlıq: "Genişmiqyaslı sanksiyalar tətbiq ediləcək”

img

19-01-2022 [20:13]


“Avropa İttifaqı Ukraynada vəziyyət pisləşəcəyi təqdirdə Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edəcək”.

 TASS xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tviter hesabında yazıb.

"Biz Ukrayna ilə həmrəyliyimizi bir daha təsdiqləyirik. Vəziyyət pisləşərsə, tərəfdaşlarla razılaşdırılmış genişmiqyaslı sanksiyalar tətbiq edəcəyik. Avropa İttifaqı ilə Rusiya arasında dialoq davam edir. Biz Rusiya ilə dialoqu davam etdiririk, lakin Avropanı təsir dairələrinə bölmək cəhdlərini qəbul etmirik”, - o vurğulayıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR