ATƏT sədri Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat yaydı 

img

12-01-2022 [18:45]


Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən son insidentlərlə bağlı bəyanat yayıb.

Mia.az xəbər verir ki, o, sərhəddə yenidən toqquşmaların qeydə alınmasından və bunun insan tələfatı ilə nəticələnməsindən dərin narahatlığını bildirib:

“Biz tərəfləri güc tətbiqindən çəkinməyə və bu yaxınlarda başlayan mənalı siyasi dialoqu davam etdirməyə çağırırıq. Polşa ATƏT-in sədri kimi regionda davamlı sülhün bərqərar olmasına və davamlı inkişafın təşviqinə yönəlmiş səyləri gücləndirmək üçün tərəfdaşlarla işləməyə hazırdır. Biz bununla bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəkləyirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA