Rusiya Şərq Sibir və Uzaq Şərqdəki qoşunlarını Ukrayna ilə sərhəddə toplayır

img

12-01-2022 [16:12]


Rusiya son həftələrdə Şərq Sibir və Uzaq Şərqdən ölkənin qərbinə, ilhaq etdiyi Krım yarımadasına, habelə Ukrayna ilə sərhəd bölgələrinə yeni hərbi qüvvə və texnika yerləşdirir.

UNIAN xəbər verir ki, bu barədə Rusiyanın “Conflict Intelligence Team” jurnalist-araşdımaçılar qrupunun yaydığı materialda məlumat verib.

Məlumata görə, qrup sosial şəbəkədə yerləşdirilən 30-dək yeni videomaterialı izləyib. Həmin materiallarda yük maşınlarının, yanacaqdolduran avtomobillərin, tankların, piyadaların döyüş maşınlarının, “Qrad”, “Uraqan” reaktiv atəş sisteminin, “Tor” Zenit-Raket Kompleksinin hərəkəti müşahidə edilib. Bildirilib ki, texnika və canlı qüvvə Rusiyanın Buryatiya, Zabaykal diyarı, Amur vilayəti və Primorsk diyarından gətirildiyi ehtimal olunur.

Qərb kəşfiyyatçılarının məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücum etmək üçün 100 min hərbçi cəlb edə, hücum isə 2022-ci ilin qışında başlaya bilər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA