Hindistan səsdən sürətli qanadlı raketin sınağını həyata keçirib

img

11-01-2022 [14:25]


Hindistan “Visakhapatnam” esminesindən gəmilər üçün nəzərdə tutulmuş səsdən sürətli “BrahMos” qanadlı raketinin sınağını həyata keçirib.

TASS xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) özünün tviter səhifəsində yazıb.

Ötən ilin dekabr ayında Hindistanda “BrahMos” raketlərinin aviasiya versiyasını sınaqdan keçirmişdi. Səsdən sürətli bu qanaqlı raketlər “BrahMos Aerospace” Hindistan-Rusiya birgə müəssisəsində istehsal edilir.

Hazırda “Visakhapatnam” esminesinin silahlanmasında 16 gəmiəleyhinə “BrahMos” qanaqlı raketləri var/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA