Tokayev: "KTMT-nin 2030 canlı qüvvəsi və 250 texnikası təyin olunmuş bölgələrdə yerləşdirilib”

img

10-01-2022 [16:21]


Qazaxıstana yeridilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlılarının sayı açıqlanıb.

Bunu ölkə Prezidenti Kasım Jomərt Tokayev KTMT üzv ölkə liderlərinin videoformatda keçirilən toplantısında bildirib.

“İndiyədək Kollektiv Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq, KTMT sülhməramlılarının 2030 nəfər canlı qüvvəsi və 250 texnikası təyin olunmuş bölgələrdə yerləşdirilib”, – dövlət başçısı deyib.

O, KTMT sülhməramlı qüvvələrinin hava limanları, hərbi bazalar kimi strateji obyektləri mühafizə etmək, habelə təhlükəsizliyi təmin etmək vəzifələrini yerinə yetirdiklərini diqqətə çatdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA