ABŞ və RUSİYA ARASINDA 7.5 SAAT ÇƏKƏN QAPALI GÖRÜŞ: "Gürcüstan və Ukrayna ilə bağlı bizə təminat verilməlidir" - Rəsmi Moskvanın tələbinə Vaşinqton konret cavab verdi
10-01-2022 [22:57]
Strateji sabitliklə bağlı Ceneverdə keçirilən ABŞ-Rusiya danışıqlarında NATO-nun genişlənməsi ilə bağlı məsələdə razılıq əldə olunmayıb.
Bu sözləri XİN nazir müavini Sergey Ryabkov Cenevrdə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, danışıqlar çox çətin keçib və NATO-nun genişlənməməsi məsələsində irəliləyiş eldə edilməyib: “Danışıqlar ağır, uzun, çox peşəkar, dərin, konkret oldu. Bizdə belə fikir yarandı ki, Amerika tərəfi Rusiyanın təkliflərinə çox ciddi yanaşır. Onları daha dərindən öyrənir”.
Onun sözlərinə görə, əsas məsələ isə hələ havadan asılı vəziyyətdə qalır. Moskva Vaşinqtonda onların həlli üçün anlayş görməyib: “Biz amerikalılara təkliflərimizi detallı məntiqini təqdim etdik. Nə üçün bizim üçün NATO-nun genişlənməməsinə hüquqi təminat verilməsinin mütləq imperativ olduğunu, niyə 1997-ci ildən sonra NATO-ya üzv olmuş ölkələrin ərazilərinin maddi təminatından imtina edilməsinin vacibliyini izah etdik”.
Diplomatın sözlərinə görə, bu məsələlərədə irəliləyiş olmadan ABŞ-la digər aspektlər barədə iş sual altına düşəcək. NATO Rusiyanın təhlüikəsizlik qarantı ilə bağlı təkliflərinə doğru addım atmalıdır. “Rusiya bu məsələdə sərt mövqe tutur, amma heç bir ultimatum irəli sürmür”/Azpost.info
Mia.az-ın məlumatına görə, rəsmi Moskvanın təmsilçisi bildirib ki, Rusiyaya Ukrayna və Gürcüstanın heç vaxt NATO-ya üzv olmayacağına dair dəmir-beton təminat verilməlidir: “Bu, bizim üçün çox vacibdir: Əmin olmalıyıq ki, Ukrayna heç vaxt NATO üzvü olmayacaq. Biz istəyirik ki, 2008-ci ildə NATO-nun Buxrest və Madrid sammitlərində qəbul edilmiş formul ləğv edilsin və belə yazılsın: Ukrayna və Gürcüstan heç vaxt Şimal Alyansının üzvü olmayacaqlar. Bağlı qapılar arxasında danışıqlardakı yarımçıq vədlər, boş danışıqlar bizi bezdirib. Biz qarşı tərəfə etibar etmirik. Bizə vədlər yox, dəmir-beton kimi, hüquqi əhəmiyyəti olan təminatlar lazımdır. Məhz vədlər yox, təminatlar…”Bunu etməyə borcludur”, “etməlidir”, “heç vaxt NATO-ya üzv olmayacaq” kimi təminatlar…Bu Rusiyanın milli təhlükəsizlik məsələsidir”.
ABŞ nümayəndə heyətinin rəhbəri Uendi Şerman isə mətbuat konfransında bəyan edib ki,.Vaşinqton heç kimə NATO-nun qapılarını bağlanmasına icazə verməyəcək.
Onun sözlərinə görə, ABŞ bununla bağlı adıçəkilən digər ölkələrin iştirakı olmadan məsələni müzakirə etməyəcək.
Şerman bildirib ki, ABŞ Rusiya ilə raketlərin yerləşdirilməsi və böyük miqyaslı hərbi təlimlərə qarşılıqlı məhdudiyyətin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə etməyə hazırdır.
Xatırladaq ki, qapalı görüşdə Rusiya nümayəndə heyətinə XİN nazir müavini Ryabov və Müdafiə Nazirinin müavini Aleksandr Fomin, ABŞ nümyəndə heyətinə isə dövlət katibinin müavini Uendi Şerman rəhbərlik edib.
Onu da qeyd edək ki, tərəflər arasında qapalı görüş 7.5 saata yaxın çəkib.
Mia.az
***
ABŞ-la Rusiya arasında təhlükəsizliyin təminatı üzrə danışıq aparan nümayəndə heyəti görüş başlayarkən bir-birinin əlini sıxmayıb.
TASS xəbər verir ki, görüş bağlı qapı araxasında keçdiyindən onun detalları barədə bəzi məqamlar gec məlum olub.
Məlumata görə, dərc olunan protokol kadrlarına əsasən, Moskva və Vaşinqton təmsilçiləri bir-birinə qarşı iki müxtəlif masanın arxasına keçib. Bundan sonra Rusiya nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Sergey Ryabkov və ABŞ nümayəndə heyətinin başçısı, dövlət katibinin birinci müavini Vendi Şerman dövlət bayraqlarına doğru gələrək foto çəkdiriblər.
Ryabkov və Şerman sosial məsafəni gözləyib. Onlar bir-biri ilə əl görüşməyib. Cenevrədə keçirilmiş əvvəlki görüşlərdə onlar zarafatla da olsa, protokol fotoşəkilləri üçün salamlaşmaq əlaməti olaraq dirsəklərini toxundurmuşdular.
Məlumata görə, hazırda görüşün ikinci saatı davam edir/Report.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb