Sumqayıtda aşıq festivalı keçiriləcək

img

05-03-2014 [13:38]


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində "Gənclər arasında aşıq festivalı” adlı layihə həyata keçiriləcək. Layihənin təqdimat mərasimində çıxış edən layihə rəhbəri Lətafət Mürsəlova qeyd edib ki, mart ayının ikinci ongünlüyündə Sumqayıt şəhərində yaşayan gənc aşıqlar bir araya gələcək və onların iştirakı ilə aşıq festivalı reallaşacaq.

Layihənin məqsədlərindən danışan L. Mürsəlova bildirib ki, festivalın məqsədi istedadlı gənc saz ifaçılarını aşkarlayaraq üzə çıxartmaqdır: " Festivalı həyata keçirməkdə məqsədimiz gənc saz ifaçılarını bir araya gətirərək özlərini təqdim etmək üçün şərait yaratmaq, istedadlı gəncləri həvəsləndirmək, gənclərin aşıq sənətinə olan olan marağını daha da artırmaqdır. Mədəni dəyərlərin təbliğində gənclərin rolunun artırılması, aşıq mədəniyyətinin tanınması və aşıq sənətinə marağın artırılması da məqsədlərimiz sırasındadır.”



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA