“Ya dostumla intim əlaqəyə girəcəksən, ya da..." - Rusiyada 13 yaşlı qızı şantaj edən polis saxlanıldı (FOTO)

img

08-01-2022 [18:05]


Rusiyanın Tula şəhərində polis kapitanı olan 34 yaşlı Aleksey Şataev məktəbli qızı şantaj etdiyi üçün saxlanılıb. Qız onun dostu ilə cinsi əlaqəyə girməkdən imtina etdikdən sonra polis onun açıq-saçıq fotolarını dostlarına göndərib.

Milli.Az xəbər verir ki, polis sosial şəbəkədə saxta hesab açıb, orada tanış olduğu 13 yaşlı Lolitaya intim fotolar göndərib. Qız da ona çılpaq fotoşəkillərini göndərib.

Polis “ya dostumla intim əlaqəyə girəcəksən, ya da dostlarına fotolarını göndərəcəm” deyib. Məktəbli qız sekslə razılaşmayıb və asayiş keşikçisi hədə-qorxusunu həyata keçirib. Əməliyyatçı internetə daxil olduğu nömrə ilə müəyyən edilib.

O, saxlanılıb və barəsində “14 yaşına çatmayan şəxsə qarşı cinsi təcavüz” və “Şəxsi həyatın toxunulmazlığını pozma” maddələri ilə cinayət işi başlanıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA