Türkiyə ilə Rusiya "3+3" formatında növbəti görüş barədə razılaşıb

img

06-01-2022 [15:49]


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, S.Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu yaxın gələcəkdə "3+3" formatında növbəti görüşə hazırlaşmaq barədə razılığa gəliblər:

"Onlar ilk belə görüşü müsbət qiymətləndiriblər. Növbəti görüşün keçirilməsi planlaşdırılıb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Türkiyə və Rusiya XİN başçıları arasında telefon danışığı olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA