Lukaşenko Qazaxıstandakı etirazçılara səsləndi: “Diz çöküb hərbçilərdən üzr istəyin”

img

06-01-2022 [15:07]


“Ortaya çıxan anlaşılmazlığı aradan qaldırmaq üçün, loru dildə desək, gedib diz çökməli və hərbçilərdən üzr istəməlidirlər. Daha sonra isə hakimiyyətlə, Tokayevlə masa arxasına oturmaq lazımdır”.

“Pul Pervogo” teleqram kanalı xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib.

“Belarusluların adından bu etirazçılara müraciət etmək istəyirəm. Mən onlara sadəcə deyərdim: hay-küy saldınız, qışqırdınız, bəsinizdir, danışıq aparmaq lazımdır”, - dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, bu hadisələr Belarus üçün də dərs olub.

“Biz başa düşdük ki, bu bizim də başımıza gələ bilərdi. Məsələ onda deyil ki, biz dinc belaruslularıq. Belarusdakı məsələləri onsuz da belaruslular həll etməyəcəkdi”, - A.Lukaşenko vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA