Baş nazir: "Bu virusla yaşamağın bir yolunu tapmalıyıq”

img

05-01-2022 [11:52]


“Koronavirusla mübarizəmizin başa çatdığını düşünənlər yanılırlar. Bu, ən ali səviyyədə diqqət edilməli məsələdir”.

“Habertük” xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın Baş naziri Boris Conson keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "B planı" tədbirləri ilə qapanmaya getmədən "Omikron"dan xilas olmaq şansımız var: "Bu virusla yaşamağın bir yolunu tapmalıyıq”.

Baş nazir bildirib ki, reanimasiyadakı xəstələrin 90 faizi buster dozanı vurdurmayıb. Onların 60 faizi isə ümumiyyətlə peyvənd olunmayıb.

Qeyd edək ki, son sutkada Böyük Britaniyada 218 724 yoluxma faktı qeydə alınıb, 48 nəfər isə ölüb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA