Obama: "Putin heç kimi axmaq yerinə qoymasın"

img

05-03-2014 [08:28]


ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinin Krım böhranı ilə bağlı martın 4-də keçirdiyi mətbuat konfransına reaksiya verib. 

ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti deyib: "Prezident Putin, yəqin ki, hüquqşünaslarını dəyişib. Ola bilər ki, danışıq tərzini dəyişib. Amma mən inanmıram ki, o, bununla kimisə axmaq yerinə qoya bilər", - deyə Vaşinqtonqda çıxış edən ABŞ lideri bildirib.

Putin bildirmişdi ki, Rusiya öz vətəndaşlarını qorumaq üçün Ukraynaya qoşun yeridə bilər, amma hələ ki, bunu etməyi planlaşdırmır. Obama əmindir ki, bu cür təcavüz beynəlxalq hüququn pozulması olar və Rusiya ilə sərhədi olan digər dövlətlərə də ciddi narahatlıq üçün əsas verərdi.

Qeyd edək ki, Vladimir Putin Ukrayna ərazisində Rusiya qoşunlarının olması faktını təkzib edir, amma faktlar onun dediklərini təsdiqləmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA