İsrailin müdafiə naziri Mahmud Abbasla görüşüb

img

29-12-2021 [10:59]


İsrailin müdafiə naziri Benni Qantz Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasla görüşüb.

“Haber Global” xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin Mətbuat İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, görüş bu gecə Benni Qantz Roş Haayindəki evində baş tutub. Görüş zamanı həm təhlükəsizlik, həm də mülki sahələrdə müxtəlif məsələlər müzakirə edilib: "Görüş təxminən 2,5 saat davam edib. İsrailin müdafiə naziri Fələstin rəhbərinə etimad yaradan hərəkətlərini davam etdirməyə hazır olduqlarını bildirib".

İsraillə əlaqələrə məsul olan Fələstin Mülki İşlər İdarəsinin rəhbəri, nazir Hüseyn əl-Şeyx də tvitter hesabında Mahmud Abbasın Benni Qantzla görüşdüyünü təsdiqləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA