Türkiyə ilə Cənubi Qafqaz ölkələri arasında yeni avtomobil tuneli açılır

img

28-12-2021 [20:42]


Sabah Türkiyə ilə Cənubi Qafqaz ölkələri arasında yeni avtomobil tuneli açılır.

“Anadolu” xəbər verir ki, Türkiyənin şərqində açılacaq “Pırınkayalar” tuneli yeni nəqliyyat arteriyasına çevriləcək.

Tunel Ərzurum vilayətinin Uzundərə rayonu ilə Artvin şəhərini birləşdirəcək və 2 246 m uzunluğa malikdir.

Açılış mərasiminin iştirakçılarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans formatında müraciət edəcək.

Yeni tunel Türkiyə-Gürcüstan sərhədi istiqamətində yolun vacib hissəsini təşkil edəcək. Bununla da Anadolunun şimal-şərqində yerləşən dağlıq rayonları vasitəsilə yük daşımaları asanlaşacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA