Sabirabadda evdən seyf oğurlayan keçmiş məhkum tutulub

img

28-12-2021 [14:27]


Sabirabadda evdən seyf oğurlayan keçmiş məhkum tutulub.

Mia.az DİN-ə istinadla bildirir ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də rayon ərazisindəki evlərin birindəki seyfdən 2 000 manat pul və 7 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Rüstəmli kənd sakini, əvvəllər məhkum olunmuş B.Nağıyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 12.07.2025

Sabah isti hava olacaq