Qaxdan koronavirus xəstəsini aparan təcili tibbi yardım maşını Şəkidə qəzaya düşüb

img

27-12-2021 [16:35]


Qaxdan koronavirus xəstəsini aparan təcili tibbi yardım maşını Şəkidə qəzaya düşüb.

Hadisə bu gün şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, Qax rayon sakini, 1988-ci il təvəllüdlü Amiran Bayramaşvilinin idarə etdiyi Qax Rayonu Mərkəzi Xəstəxanasına məxsus təcili tibbi yardım maşını yük avtomobili ilə toqquşub. Nəticədə təcili tibbi yardım maşının sürücüsü və Qaxdan Qobustan rayonuna aparılan koronavirus xəstəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 12.07.2025

Sabah isti hava olacaq