Rusiya XİN: "“3+3 regional məşvərət platforması Cənubi Qafqaz və qonşu ölkələrin..."

img

27-12-2021 [13:32]


“3+3 regional məşvərət platforması Cənubi Qafqaz və qonşu ölkələrinin yaxınlaşmasına xidmət edən praqmatik, qeyri-siyasi formatdır”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “Sputnik”ə müsahibəsində bildirib.

“Birgə çalışmalarımızda müştərək maraq kəsb edən, etimadı artıran məsələlərə üstünlük veririk. Bunlar iqtisadi-ticari, nəqliyyat, mədəni-humanitar əlaqələrin gücləndirilməsi, ümumi təhlükələrə qarşı mübarizədir. 3+3-ün dekabrın 10-da Moskva şəhərində keçirilən ilk iclası göstərdi ki, iştirakçılar təkcə konstruktiv dialoq aparmaqda yox, həm də qarşılıqlı əməli əməkdaşlıqda maraqlıdır”, - o deyib. 

A.Rudenko vurğulayıb ki, Gürcüstan ilk görüşdə iştirak etməsə də, bütün iştirakçılar həmin ölkənin sözügedən formata qoşulmasında maraqlıdırlar/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA