Gürcüstan parlamentinin sədrindən gözlənilməz qərar: spiker istefa verdi, mandatından imtina etdi

img

24-12-2021 [18:12]


Gürcüstan parlamentinin sədri Kaxa Kuçava istefa verib.

Bu barədə o, hakim Gürcü Arzusu Partiyasının qərargahında keçirdiyi brifinqdə bildirib/Report.

Onun sözlərinə görə, spiker postunu Şalva Papuaşvili tutacaq.

Sədr K.Kuçavanın istefa səbəbini açıqlamayıb və onun qərarının hakim komandada məyusluq yaratdığını vurğulayıb. Qeyd edək ki, K.Kuçava bu ilin aprelin 27-də parlament sədri seçilmişdi/Report.

Son məlumata görə,  Kaxa Kuçava deputat mandatından da imtina edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA