Gənclər və idman naziri Avropa Şahmat İttifaqının prezidenti ilə görüşüb - FOTO

img

24-12-2021 [14:18]


Gənclər və idman naziri Fərid Qayıbov Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvilini qəbul edib.

Nazirliyin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov da iştirak edib.

Qonaqları salamlayan Qayıbov Vüqar Həşimov Memorialının uğurla keçirilməsi münasibətilə təşkilatçıları təbrik edib.

Azmayparaşvili isə qəbula görə nazirə təşəkkürünü bildirib və Azərbaycanda şahmatın böyük ənənələrinin olduğunu vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA