“Böyük Yeddilik”dən Rusiyaya qarşı - Bəyanat

img

03-03-2014 [12:16]


Dünyanın yeddi nüfuzlu ölkəsi Rusiyanın Ukraynaya müdaxiləsini qınayan birgə bəyanat yayıblar.

"Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, həmin ölkələr, eyni zamanda bu ilin iyununda Soçidə keçiriləcək "Böyük Yeddilik”in sammitinə hazırlığı ləğv etdiklərini açıqlayıblar:

"Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ liderləri, həmçinin Avropa Şurası və Avropa Komissiyası prezidentləri Rusiya Federasiyasını Ukraynanın suverenliyi və ərazi bütövlüyünə açıq-aşkar müdaxiləsinə görə birgə ittiham edirik”.

Bəyanatda qeyd olunur ki, vəziyyət dəyişməyənə qədər sammitə hazırlıq dondurulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA