Bu il xaricdə təhsil almış 726 nəfərin diplomu tanınmayıb - Səbəb

img

23-12-2021 [11:58]


Bu il ərzində xaricdə təhsil almış 2278 şəxsin diplomu tanınıb, 726 nəfərə mənfi cavab verilib.

Mia.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Eldar Orucov keçirdiyi brifinqdə deyib.

O bildirib ki, diplomların tanınması ilə bağlı ortalama müddət bu il 3 dəfə aşağı düşüb: "2018-ci ildə baxılma müddəti 50 gün, 2019-cu ildə 40 gün, 2020-ci ildə 43, bu il isə 18 gün olub".

Onun sözlərinə görə, imtina sərhədkeçmənin və baza dil bilgilərinin yetərli olmaması ilə bağlı olur: "Xarici ölkədə təhsil alan şəxsin həmin ölkəyə gedib-gəlmə müddəti yetərli olmur. Bir də ən əsas məsələ təhsil alınan ölkənin dil bilgiləri ilə bağlıdır. 4-5 il əyani tədris alan tələbə ilə həmin ölkənin dil bilgiləri üçün müsahibə aparılır. Bu, yalnız MDB və Gürcüstanda təhsil alanlara aiddir. Çünki real statistikaya görə, digər ölkələrdə təhsil alanlar həmin ölkənin dil bilgilərinə malik olurlar. Təəssüf ki, MDB, Gürcüstanda təhsil alanların əksəriyyəti sadə dil bilgilərinə belə malik olmurlar".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA