Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23-12-2021 [00:03]
Qoç - günün ilk yarısı qısamüddətli işlər üçün pis deyil. Enerjiniz çoxdur. Qətiyyətli və iradəli olun. Şəxsi maraqlarınızı ön plana yıxararaq tərəfdaş və ya müttəfiqlərin mənafelərini unutmayın. Bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün yaxşı zamandır.
Günün ikinci yarısında çağdaş texnologiyalardan istifadə edərək uğur əldə edə bilərsiniz.
Nikbin olsanız, ailədə də xoş ortam yaranacaq. Qərarları təkbaşına verməyin. Sevdiyiniz insanla durumu müzakirə edin.
Buğa - enerji potensialınızın səviyyəsi yüksəkdir. İşdə ciddi uğurlara nail ola bilərsiniz. Vaxtınızı mənasız və perspektivsiz işlərə sərf etməmək üçün prqamat olun. Texnika və avtomobilin təmiri, fiziki təmrinlər üçün əlverişli zamandır.
Günün ikinci yarısında yaxınlarınızla kəskin mübahisələrə başlamayın. Axşam saatları romantika vəd edir.
Dostlarla ünsiyyətdə səmimi olun, səbəbsiz iradları səsləndirməyin.
Əkizlər - rəqabət ruhu günün leytmotividir. Aktivliyiniz yüksək olmalıdır. Rəqibləri üstələmək üçün bütün vasitələrdən istifadə edin. Seçilmiş taktikanın səhilhliyinə əmin olmadan hərəkət etməyin.
Günün ikinci yarısında bütün cəbhə boyu hücumlar ola bilər. Müdafiəyə hazırlaşın.
Qəfil situasiya yaxınlarınızla münasibətlərinizə mənfi təsir edə bilər. Yaranmış vəziyyətdə kompromis tapmaq asan deyil. Durumu dəqiq qiymətləndirin, tələsik qərar verməyin.
Xərçəng - günün ilk yarısında çətin işə hazırsınızsa, uğur sizin olacaq. Sürətli reaksiyanızı nümayiş etdirin. Problemlərin həllinə yaradıcı yanaşın, qeyri-ordinar çözüm yollarını tapın. Aktivliyinizdən və enerjinizdən yararlanaraq həllini çoxdan bəri təxirə saldığınız məsələləri səhmanlamağa başlayın.
Günün ikinci yarısında süst olmayın. Kiçik maneələr və zəif sədlər sizi qorxutmasın.
Ailədə bir-birinizi anlamağınız və eşitməyiniz çətinləşəcək. Bu səbəbdən də nevroz durum, inciklik formalaşa bilər. Dəyər verdiyiniz insana yetərincə vaxt ayırın.
Axşam saatlarında normal istirahət edin.
Şir - düşünülməmiş addımlar atmayın. Riskin də həddi var. Başladığınız, amma bitirmədiyiniz işləri tamamlayın. Yeni işlərə tələsməyin. Həmfikir, tərəfdaş və ya müttəfiqi asanlıqla tapa bilərsiniz.
Bilik və bacarıqlarınızı artırın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə emosionallığa qapılmayın. Təmaslarda yenilik etmək üçün sevdiyiniz insanı nəyəsə məcbur etməyin.
Subaysınızsa, ətrafınıza diqqətlə baxın.
Qız - təmir və rekonstruksiya üçün yaxşı zamandır. Evdə kiçik təmirə başlamaq olar. Fəqət genişmiqyaslı yeniliklərə start verməyin. Yaşam yerinin dəyişdirilməsi üçün ilk addımı atın. Biznes layihələrində uğur olacaq.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət irəliləyişə nail olmaq üçün şanslardan yararlanın. Sevdiyiniz insanla təmaslarda konkretlik gərəkdir. Təsadüfi tanışlıqlara bel bağlamayın. Belə ünsiyyətin perspektivi yoxdur.
Tərəzi - yeni müttəfiq və tərəfdaş aramaq olar. Biliklərinizi artırın, yenilikləri əxz edin. Sərmayə, yeni layihə və iri miqyaslı məsələnin həlli üçün münasib zaman deyil. Alış-verişdə çox pul xərcləməyin. Maliyyə çətinlikləri ilə qarşılaşa bilərsiniz.
Günün ikinci yarısında internetdə informasiya axtarışları yaxşı nəticə verəcək.
Axşam saatlarını kompüter arxasında keçirməyin. Gəzintiyə çıxın. Dəyər verdiyiniz insanla münasibətlərdə qəfil kobudluqla qarşılaşa bilərsiniz.
Əqrəb - günün ilk yarısında işlərə aktiv başlayıb əzmkar olsanız, əlavə gəlir mənbəyi ilə qarşılaşacaqsınız. Hesablaşmalarda diqqətli, sənədləşdirmədə sayıq olun. Tələsik qərarlar verməyin. Sonucları və potensial fəsadları əvvəlcədən proqnozlaşdırmağa çalışın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə gərginlik yarana bilər. Münasibətləri aydınlaşdırmağa çalışaraq vəziyyəti daha da gərginləşdirməyin. "Sürüşkən" mövzulardan uzaq durun.
Axşam saatlarına yaxın enerji potensialınızın səviyyəsi aşağı düşəcək. Normal istirahətə ehtiyacınız var.
Oxatan - az danışıb çox iş görün. Belədə planlarınızı reallaşdırmaq üçün əlavə gəlir mənbələrinə yiyələnəcəksiniz. Amma irəliləyəcəyiniz yolu müəyyənləşdirərkən tələsik qərar verməyin. Səhv etməyin.
Günün ikinci yarısı hakimiyyət mənsubları və məmurlarla ünsiyyət üçün əlverişli deyil.
Yaxınlarınızla bağlı önəmli qərarı təkbaşına qəbul etməli olacaqsınız.
Axşam saatlarında sirlərinizi heç kimlə bölüşməyin.
Oğlaq - günün ilk yarısında yeni tanışlıqlar istisna deyil. Problemlərinizi həll etmək üçün fəal olun. İndiyədək sınamadığınız metodlardan yararlana bilərsiniz. Yeni məlumat və ya informasiya əldə edin.
Çoxdan aradığınız xəbəri günün ikinci yarısında alacaqsınız. Kommunikasiya vasitələrindən, internetdən aktiv istifadə edin.
Sizin üçün səciyyəvi olmayan təmas metodunu seçərək maraqlandığınız insanla əlaqə qurun.
Sevdiyiniz insanla münasibətləri təftiş etməyin.
Dolça - daha yaxşı işlərin öhdəsindən gələ biləcəyinizi sübut edin. Potensialınızı göstərin. Problemlərin həllində qeyri-standart metodları seçin. Uzunmüddətli perspektivə hesablanmış işlərə başlamayın. Layihələri diqqətlə saf-çürük edin.
Günün ikinci yarısında sənəd, arayış üçün müxtəlif instansiyalara müraciət etmək məcburiyyətində qalacaqsınız. Dostlar və həmfikirlərlə görüş yaxşı nəticə verəcək.
Görüşü neytral ərazidə keçirin. Münasibətlərin ciddiləşməsini istəyirsinizsə, ünsiyyət çevrənizi genişləndirin.
Balıqlar - tələsik qərarlar ağır səhvlərə və hesablamalarda yanlışlığa səbəb ola bilər. Mühüm işləri təxirə salın. Rutin məsələlərin çözümünə vaxt ayırın. Söz və hərəkətlərinizə ciddi fikir verərək təkbaşına çalışın.
Günün ikinci yarısında işgüzar tərəfdaşlar və ya şəriklərlə danışıqlarda güzəştlərə nail ola bilməyəcəksiniz.
Ailə qayğıları və məişət problemlərinin öhdəsindən gəlin. Sınmış, sıradan çıxmış vasitəni və ya əşyanı təmir edin. Axşam saatlarını sevdiyiniz insanla romantik ortamda keçirin.
Amma evdən çox uzaqlara yollanmayın.
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)
Xocalı rayonunun iki kəndinə növbəti köç olub
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Nazir generalın qardaşını təqaüdə göndərdi
TƏBİB-in keçmiş sədri QHT rəhbəri oldu
Deputat Səməd Seyidovun kürəkəni vəzifəyə təyin edilib
Keçmiş vəkil həbs edilib - Səbəb
Prezident İlham Əliyev general-qubernatora məktub ünvanlayıb - MƏTN
Şəhid şair Bəhmən Abuzəroğlunun xatirəsi yad edildi - FOTOLAR