Şəkinin iki kəndinin sakinləri qaz və yol problemindən şikayətçidir - VİDEO

img

22-12-2021 [16:12]


Şəkinin Baş Kəldək və Oraban kəndlərində olduqca acınacaqlı vəziyyət hökm sürür. Bu iki kənd eyni bələdiyyə və icra nümayəndəliyi tərəfindən idarə olunur.

Mia.az Azinforum.az-a istinadla bildirir ki, kənd sakinləri saytımıza etdikləri şikayətdə bildiriblər ki, onların yolları bərbad vəziyyətdədir. Eyni zamanda kəndlərə hələ də təbii qaz çəkilməyib.

Bu da kənd sakinlərinin yaşayışına ciddi problemlər yaradır. Çox maraqlıdır ki, kəndlərlə eyni çoğrafi mövqedə yerləşən və ara məsafəsi bir neçə yüz metr olan ətraf kəndlərdə həm təbii qaz var, həm də yolları asfaltlanıb. Onda isə bu iki kəndə bəslənən ögey münasibətin səbəbi nədir?

Kənd sakinləri bildirir ki, problemlərin aradan qaldırılması ilə bağlı şikayət etmədikləri instansiya qalmayıb. Azinforum.az həmin kəndlərdə olub və şikayətləri yerində araşdırıb.

Şəkinin sözügedən kəndlərindən hazırlanan videoreportajı təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA