Həkim: "Ehtiyac olmadan uşaqlara kalsium qəbulu məsləhət görülür"

img

22-12-2021 [15:36]


“Mütəxəssis olaraq uşaqlara dərman vasitələrini ancaq ehtiyac olduğu təqdirdə verilməsinin tərəfdarıyam. Bəzən hər hansı göstəriş olmadan uşaqlara kalsium metabalizmanı bilmədən verilməsi heç də yaxşı nəticəyə səbəb olmur”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.

O bildirib ki, bəzən ehtiyac olmadan uşaqlara kalsium qəbulu məsləhət görülür: “Kalsium artıqlığı böyrəklərdə duzlaşma və daş əmələ gətirir. Ona görə də dərman uşaqlara əsaslı şəkildə verilməlidir. Yəni hansısa uşaqda kalsium azlığı varsa, həkim məsləhəti ilə verilə bilər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA