Kollegiya sədri: "Azərbaycanda bir nəfər də qadın məhkəmə sədri yoxdur"

img

22-12-2021 [12:03]


"Azərbaycanda bir nəfər də qadın məhkəmə sədri yoxdur".

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Azərbaycanda mövcud ailə münasibətləri" ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda qadın vəkillərin sayı 22 faizi keçmir: "Bizdə vəziyyət niyə belədir? Halbuki bütün qonşu ölkələrdə qadın vəkillərin sayı 50 faizdən çoxdur. Qadınlar irəli çəkilməlidir".

A.Bağırov ailələrdə məişət zorakılığı hallarının hələ də qaldığını bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA