"Rusiya Ukraynanı, yaxud ölkənin əsas hissəsini işğal etsə..." - “Vaşinqton Post” ABŞ Ukrayna ərazisində "üsyan planı"nı nəzərdən keçirdiyini iddia edir
21-12-2021 [16:46]
Rusiya Ukraynanı, yaxud ölkənin əsas hissəsini işğal etsə, ABŞ Ukrayna ərazisində baş qaldıracaq üsyanlara dəstək verməyin yollarını nəzərdən keçirir.
Novator.az xəbər verir ki, bunu “Vaşinqton Post” qəzeti məlumatlı mənbəyə istinadla yazıb.
Mənbə bildirib ki, Moskva Ukraynanı ələ keçirməyə, hökuməti devirməyə cəhd etsə, ABŞ-ın buna cavab olaraq Ukrayna torpağında başlanacaq müqavimət hərəkatını, o cümlədən mümkün partizan müharibəsini dəstəkləmək, ukraynalı hərbçilərə silah-sursat, digər yardımlar göndərmək, ölkədə təşkil olunacaq nümayişlərə maddi-texniki dəstək vermək kimi planları var.
Mənbə “Vaşinqton Post”a deyib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya hücum əmri versə, Amerika məsələyə öz ordusuyla müdaxilə etməyi nəzərdə tutmayıb. Bunu ABŞ prezidenti Cozef Bayden də bəyan edib. Bayden administrasiyası hesab edir ki, ABŞ-ın birbaşa hərbi müdaxiləsi regionda total müharibə riski yarada bilər.
Amma rus qoşunları hücuma keçsə, ABŞ-ın Ukraynaya dəstək üçün lazım olan xərcləri öz üzərinə götürməsi, Ukraynada baş qaldıracaq müqavimət hərəkatını, etirazları, üsyanları dəstəkləməsi planı var. “Vaşinqton Post”a danışan mənbə xatırladıb ki, ABŞ oxşar ssenariləri müxtəlif dövrlərdə ayrı-ayrı ölkələrdə, məsələn, ötən əsrdə Əfqanıstanda, bu əsrdə Suriyada reallaşdırıb.
Putin Ukraynaya hücum çəksə, ABŞ-ın avropalı müttəfiqləri ilə birgə Rusiya iqtisadiyyatına ağır zərbə vuracaq sanksiyalara əl atacağı da bəllidir. Prezident Bayden və onun administrasiyası bunu açıq şəkildə bəyan edib.
Bugünlərdə NATO xəbərdarlıq edib ki, Putin Qərbin mesajlarını qulaqardına vursa, hərbi müdaxilə planını işə salsa, alyans öz qoşunlarını Rusiya ilə sərhədə yaxınlaşdıracaq. Hesab edilir ki, bu, Putini işğaldan sonra Qərbin təzyiqləri qarşısında zəiflədə, vəziyyəti onun düşündüyünün əksinə çevirə bilər.
“Vaşinqton Post” yazır ki, Ağ evin yüksək çinli nümayəndəsi jurnalistlərə Rusiyanın mümkün hərbi müdaxiləsi zamanı ABŞ-ın əvvəllər müzakirə etmədiyi bir sıra variantları gözdən keçirdiyini söyləyib. O qeyd edib ki, həmin variantlar işə düşsə, nəticə Rusiya üçün çox ciddi əhəmiyyət kəsb edəcək: “Ancaq mən təfərrüatı açıqlamayacam. ABŞ-ın kiber silah arsenalı çox təsirlidir, hərçənd rəsmilər belə variantı müzakirə etməyiblər”.
Qəzet diqqətə çatdırır ki, Bayden administrasiyası böhranı diplomatik yolla həll etməyə çalışır, eyni zamanda ehtiyat planları da işləyib hazırlamağı zəruri sayır.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən sonra rus ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Rusiya Krımı ilhaq etməklə bərabər Donbasda iki separatçı rejimin əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına alıb.
2014-cü ilin iyununda Almaniya, Fransa, Rusiya və Ukrayna liderlərinin Fransanın Normandiya şəhərində keçirdiyi yığıncaqda Normand formatı müəyyənləşib. 2014-2015-ci illərdə bu formatda Belarusun paytaxtı Minsk şəhərində keçirilən görüşlərdə Ukraynanın şərqində – Donbasda müharibənin dayandırılması məqsədilə razılaşmalar əldə edilib.
2021-ci ilin yazında Rusiya Ukrayna sərhədinə xeyli qoşun yığıb, yeni müharibə təhlükəsi yaranıb. Az sonra Rusiya qoşunlarının bir hissəsini geri çəkib. Lakin ilin sonlarına yaxın Rusiya yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika cəmləməyə başlayıb. Bütün bunlar Rusiyanın Ukrayna torpağına növbəti hərbi hücuma hazırlaşdığı istiqamətində ehtimallar doğurub.
Yaranmış gərginliklə əlaqədar dekabrın 7-də Cozef Bayden Vladimir Putinlə video formatında iki saat müzakirə aparıb. Dekabrın 9-da ABŞ prezidenti ukraynalı həmkarı Vladimir Zelenskiyə zəng edərək onu həmin qapalı müzakirə haqda məlumatlandırıb.
Ağ evin Baydenlə Zelenskinin telefon söhbətinə dair yaydığı açıqlamada deyilir ki, ABŞ prezidenti Normand formatı çərçivəsində qəbul edilmiş Minsk razılaşmaları istiqamətində etimadı möhkəmləndirəcək addımlar atmağa hazır olduğunu da söyləyib.
“Vaşinqton Post” yazır ki, çox güman, söhbət Ukraynanın Donbas bölgəsində rusdilli əhaliyə mədəni muxtariyyətlərin təklif olunmasından gedir. Ancaq qəzet vurğulayır ki, Putinın tələbləri çox böyükdür, onun belə təkliflərə qane olacağı ağlabatan deyil. Putin Ukraynanın NATO-ya heç vaxt daxil olmayacağına dair zəmanət istəyir: “Vaşinqton Kiyevin NATO-ya üzvlüyünə can atmasa da, Bayden Putinin bu tələbini nəzərdən keçirməkdən imtina edib. Amma ABŞ Putinin Şərqi Avropada təsir dairələrinin müəyyənləşməsi ilə bağlı maksimalist təkliflərini rədd etsə də, danışıqların hələlik açıq qalmasını, müzakirələrin davam etdirilməsini istəyir. Çünki ABŞ administrasiyası hesab edir ki, hər halda müzakirə edə, üzərində işləyə biləcəyi məsələlər də var”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb