Dini klipin çəkildiyi məktəbin direktoru cəzalandırılıb

img

21-12-2021 [12:42]


“Dini klipin hansı məktəbdə çəkilməsi barədə məlumatımız var. Məktəb binası hansısa dini, siyasi mesajların paylaşılması üçün yer olmamalıdır”.

Bunu təhsil naziri Emin Əmrullayev dövlət başçısının dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə deyib.

O qeyd edib ki, insanlar istənilən mövzuda klip çəkə bilərlər: “Sadəcə onun məktəbdə çəkilməsi bizim prosedurlara ziddir. Hətta maarifləndirmə ilə bağlı da Təhsil Nazirliyindən icazə alınmalıdır. Bu halda belə bir icazə alınmamışdı. Hadisə bazar günü baş verib, valideynlər də iştirak edib. Biz məktəblərdə bu tip fəaliyyətin olmasını qeyri-qanuni hesab edirik. Həmin məktəb direktoru cəzalandırılıb, barəsində intizam tədbiri görülüb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA