Nazir daha bir keçmiş kadrına yüksək vəzifə verdi

img

21-12-2021 [12:25]


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC-nin baş direktoruna I müavin təyin edilib.

Mia,az Report-a istinadla xəbər verir ki, nazir Rəşad Nəbiyev bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Aysel Soltanovaya həvalə olunub. O, bundan əvvəl nazirliyə məxsus “Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") baş direktorunun müavini, daha əvvəl isə “Azərkosmos” ASC-nin (hazırda Kosmik Agentlikdir) Marketinq Departamentinin rəhbəri olub və sonuncu vəzifəsinə bu ilin mart ayında təyin edilib. Hələ ki, onun yerinə təyinat olmayıb.

Xatırladaq ki, "Baktelekom"un baş direktoru Nail Mərdanovdur. "Aztelekom"da isə bu vəzifəni müvəqqəti olaraq nazirliyin aparat rəhbəri Samir Məmmədov icra edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA