Nazir yeni regional idarələrdən danışdı: "Bu, təhsil şöbələrinin ləğvi anlamına gəlmir"

img

21-12-2021 [10:28]


"Regional təhsil idarələri iqtisadi rayonlar üzrə yaradılacaq".

Mia.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, bu struktur yerlərdə təhsil şöbələrinin ləğvi anlamına gəlmir: "Sadəcə onlar idarələrin tabeliyində fəaliyyət göstərəcək. Əvvəlki sistem əlaqəli deyildi. Yeni idarələr imkan verəcək ki, təhsil fəaliyyəti vahid formada olsun. Bu gün təhsil sistemi müəyyən səbəbdən mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərir. Saat bölgüsü məktəb rəhbərliyi və ya Regional təhsil idarələrinin rəhbərləri tərəfindən həyata keçirilməlidir".

Nazir bildirib ki, rayon təhsil şöbəsində çalışan işçilər işsiz qalmayacaq: "Əgər onlar həmin şöbələrdə dövlət qulluğunda daimi müqavilə ilə çalışırdılarsa, yeni strukturda işlə təmin olunacaqlar. Yerli idarəetmə strukturunda və ya idarənin özündə təyinat məsələsinə baxılacaq". 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA