Mahir Emreli "Legiya"dan ayrıldı: "Ailə hər şeydən birinci gəlir"

img

20-12-2021 [11:00]


"Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşadan ayrılıb.

Mia.az xəbər verir ki, bu barədə o, instaqram hesabından paylaşım edib.

Forvard bu gecə Bakıya çatıb. Hava limanından foto paylaşan Emreli postda "family coming first" ("ailə birinci gəlir") yazıb.

Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb. Hücumçunun Varşava təmsilçisindən ayrılacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA