AMİP funksioneri: "Krımın heç Rusiyaya da aidiyyatı yoxdur"

img

01-03-2014 [14:18]


Krım uğrunda Kiyev və Moskva arasında ixtilaflar getdikcə dərinləşir. Rusiya təqrəfinin yarımadaya dair təxribatçı hərəkətlər hər iki ölkə arasında münasibətləri daha da gərginləşdirib. Krıma yola düşən Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bura çatar-çatmaz növbəti qalmaqallı açıqlama verib. Çıxış edən Jirinovski bildirib ki, Krımın Ukraynaya heç bir aidiyyəti yoxdu, onu imperator İkinci Yekaterina alıb. 

Rusiya Liberal Demokratlarının liderinin bu səfərinə və səsləndirdiyi fikirlərinə AMİP Mərkəzi Şurasının üzvü Əli Orucovun münasibəti belə olub: "Əvvəla qeyd etməliyəm ki, Rusiya getdikcə nəinki region üçün ümumilikdə beynəlxalq təhlükəsizliyə və sülhə ciddi təhdid yaratmaqdadır. Bu dövlətin imperiyapərəst siyasət yürütməsi, separatizmi, bölücülüyü dəstəkləməsi, əsasən sillahla danışmağa üstünlük verməsi beynəlxalq aləmi narahat etməkdədir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindənbiri kimi Moskva beynəlxalq hüquq normalarına və hamılıqla qəbul edilmiş ümumi prinsiplərə əməl etmək əvəzinə bu dövlətin xarici siyasətinin ana xəttini aqressiya, işğalçılıq, münaqişə ocaqlarının yaradılması, terrorçu və despotik və zorakı rejimləırin dəstəklənməsi tutur. Amma bu cür siyasət yürüdüən Kreml anlamır ki, dünaya qarşı çıxmaq sonda Rusiyanı təklənmiş, təcrid vəziyyətə sala bilər və bir dövlət kimi ciddi problemlərə üzbəüz qoya bilər. Mən hesab etmirəm ki, Kiyev Ukraynanı bundan sonra Rusiyanın hansısa təzyiqləri və təxribatları ilə seçdikləri yoldan döndərmək mümkün olsun. Ukraynanı da Rusiya Abxaziya və Cənubi Osetiya kimi özünə asanlıqla ilhaq edə biləcəyini də real sanmıram. Jirinovskinin fikrilərinə gəlincə isə bildırmək istəyirəm ki, Krimın heç Rusiyaya da aidiyyatı yoxdur. Özünün də dediyi kimi bura 2-ci Yekatrina tərəfindən işğal olunub. Krım tarixən türk torpaqları olub. Oranən əsl sahibləri tatarlardır, hansılar ki, işğaldan üzü bəri ordan köçürülüblər, sürgün ediliblər. İndinin özündə də əksər əhali Ukraynanın tərkibində qalmağı üstün tuturlar. Krımın statusu ilə bağlı verilən referendum qərarı da rusiya hərbçilərinin silahı altında və kvorum olmadan verilib. Ona görə də bu referendum legitim sayılmayacaq. Jirinovski adamlardır ki, sərsəm fikirləri bəyanatları ilə, eləcə təxribatçı hərəktləri ilə Rusiyanı həm qonşuları ilə, həm beynəlxalq aləmlə, həm də daxildəki millətlərlə gərgin vəziyyətə gətirib çıxarıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA