İranda "omikron" ştamına ilk yoluxma qeydə alınıb

img

19-12-2021 [15:28]


İranın paytaxtı Tehranda koronavirusun "omikron" ştamı ilə ilk yoluxma halı qeydə alınıb.

IRIB telekanalı xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi yanında Yoluxucu Xəstəliklərin Müalicəsi Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quia bildirib.

Mərkəz rəhbəri qeyd edib ki, bu gün keçirilən fövqəladə iclasda ölkədə ilk "omikron" infeksiyasının təsdiqlənməsi ilə yanaşı, yeni sanitar-epidemioloji tədbirlər də müzakirə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA