İmişlidə səhərə yaxın evə basqın: ana və qızını bıçaqla hədələyib pul alan qonşu saxlanıldı

img

18-12-2021 [11:52]


İmişlidə quldurluq hadisəsi olub.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinə dekabrın 17-də saat 05 radələrində şəhər ərazisində yaşayan S.Məmmədovanın evinə girən qonşusunun onu və anasını bıçaqla hədələyərək 170 manat pulunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Qasımov saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 12.07.2025

Sabah isti hava olacaq