Rusiyanın ən zəngin qadın iş adamı tutulub

img

18-12-2021 [09:51]


Moskvanın Basmannı məhkəməsi bankir Olqa Mirimskayanı İstintaq Komitəsinin əməkdaşına rüşvət verməkdə şübhəli bilinərək iki ay müddətinə həbs edib.

Bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Mirimskaya adı açıqlanmayan cinayət işində zərərçəkmiş kimi tanınması üçün İstintaq Komitəsinin Moskva vilayəti üzrə İdarəsinin əməkdaşına avtomobil bağışlayıb.

Qeyd edək ki, 2015-ci ildə Mirimskaya "Forbes" jurnalının tərtib etdiyi "Rusiyanın ən zəngin qadınları" reytinqində 22-ci yerdə qərarlaşıb. Onun sərvəti 100 milyon ABŞ dolları qiymətləndirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA