Müəllimlərin maaşıları nə qədər qalxacaq? - Nazir müavini detalları açıqladı

img

17-12-2021 [18:38]


Təhsil sistemimizdə 255 minə yaxın işçi çalışır. Onların heç də hamısı təhsilverən deyil”.

Bu sözləri Təhsil nazirinin müavini İdris İsayev deyib.

“Onların bəziləri müəllimlər, bəziləri idarəedici, bəziləri isə texnimki heyətdir. Bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dövlət ümutəhsil müəssisələrində çalışan şəxslərin - müəllimlərin, direktorun, direktor müavinlərinin vəzifə maaşları yanvarın 1-dən 20 faiz artırılır. Gənclərin çağırışaqədər hazırlıq rəhbərlərinin vəzifə maaşlarında isə artım 40 faiz təşkil edəcək.

Dövlət ümumtəhsil müəssisələrində təxminən 150 min müəllim çalışır. Onların 82 faizi ali təhsillidir. Onların aylıq vəzifə maaşları orta hesabla 564 manatdır. Artımdan sonra onların maaşları təqribən 674 manat olacaq. Bu, bir stavka 18 dərs yükü üçün nəzərdə tutulmuş əməkhaqqıdır. Amma xüsusilə Bakıda faktiki olaraq müəllimlər 18 saatdan çox dərs yükü tədris edirlər.

Bakıda bu göstərici orta hesabla 22 saatdır. Beləliklə, ali təhsilli müəllimlərin maaşı təxminən 823 manat təşkil edəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA