AFFA ilə Türkiyənin “Misli.com” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

img

17-12-2021 [13:10]


2022-ci ildə AFFA ilə Türkiyənin “Misli.com” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

Bu barədə milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov Klublar Komitəsinin iclasında açıqlama verib.

Funksioner bu sözləşmənin ümumilikdə Azərbaycan futbolu və klubları üçün maliyyə məsələləri baxımından faydalı olacağını bildirib.

Qeyd edək ki, "Misli.com" şirkəti 2019-cu ildən Demirören Holdinqin tərkibinə daxil edilib və son 2 ildə Türkiyənin ən sürətlə böyüyən qanuni mərc saytına çevrilib. Hazırda 2 milyon üzvü var.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA