XİN başçısı: “Biz Gürcüstanın üçtərəfli fortmatda güclü təmsil olunmağını istəyirik"

img

16-12-2021 [13:20]


“Avropa İttifaqının Tbilisinin Cənubi Qafqazın üç ölkəsi arasında dialoq platformasına çevrilməsi ilə bağlı təşəbbüsümüzə güclü dəstəyi var”.

Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə Brüsseldə keçirdiyi görüşdən sonra deyib.

“Biz Gürcüstanın üçtərəfli fortmatda güclü təmsil olunmağını istəyirik və bu məsələdə bizim avropalı tərəfdaşlarımızın dəstəyi var”, - nazir qeyd edib.

XİN başçısının sözlərinə görə, Aİ rəsmisi ilə görüşdə bölgədəki vəziyyət nəzərdən keçirilib və Gürcüstan Baş nazirinin Azərbaycanla Ermənistan arasında uğurlu vasitəçiliyi yüksək qiymətləndirilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA