Baş nazir: “Gürcüstan NATO-ya üzvlüyə hazırdır”

img

15-12-2021 [14:09]


“Gürcüstanın NATO-ya üzvlüyü üçün artıq bütün praktiki alətləri var”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdən sonra keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Alyansa üzvlük Gürcüstanın xarici və təhlükəsizlik siyasəti üçün həlledici məsələdir.

İ.Qaribaşvili qeyd edib ki, Gürcüstanın NATO-ya daxil olması haqqında siyasi qərarın hazırlanması üçün müttəfiqlərlə fəal dialoq aparılır.

Y.Stoltenberq öz növbəsində deyib ki, Alyans Gürcüstana güclü siyasi və praktiki kömək göstərməyə davam edəcək: “Gürcüstan və Ukraynanın müttəfiq seçmək hüququ var. Rusiya bu iki ölkənin seçiminə təsir etmək hüququna malik deyil. NATO Gürcüstanın dəniz istiqamətində müdafiə qabiliyyəti və təhlükəsizliyini gücləndirməyə hazırdır”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA