Gəncədə qardaşı arvadını öldürüb, gəlinini və nəvələrini bıçaqlayan şəxsə hökm oxunub

img

15-12-2021 [12:00]


Gəncə Ağır Cinayətlər Məhkəməsində Gəncədə qətl törətməkdə və adam öldürməyə cəhddə təqsirləndirilən Mahir Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 16-da Gəncə şəhəri Ağamirzə Əhmədov küçəsində qeydə alınıb.

Belə ki, 66 yaşlı M.Quliyev ailə münaqişəsi zəminində qardaşının həyat yoldaşı, Gəncə şəhər sakini, 53 yaşlı Quliyeva Ofeliya Həmid qızını bıçaqla qətlə yetirib.

Daha sonra o, qardaşının gəlini, 37 yaşlı Quliyeva Günay Malik qızına, qardaşının nəvələri - 19 yaşlı Quliyeva Sevinc Elnur qızı və 15 yaşlı Quliyev Malik Elnur oğluna bıçaqla xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən M.Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.4-cü (Qəsdən adam öldürmə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə cəhd) və 29, 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA