Fransız futbolçu: "Federasiya bütün mümkün təxribatların qarşısını almaq üçün hər şeyi edəcək"
14-12-2021 [18:04]
"Düşünürəm ki, bizi maraqlı oyun gözləyir. Fransa çempionatı çox güclüdür. Bu görüş "Qarabağ" üçün yaxşı təcrübə olacaq".
Bu fikirləri "Səbail"in fransalı futbolçusu Nikolas Raysel "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində ölkəsinin "Marsel" klubuna rəqib olması barədə danışarkən deyib.
28 yaşlı hücumçu həmyerlilərini hər iki qarşılaşmada favorit hesab etdiyini bildirib: "Qarabağ" cütün autsayderidir. Buna baxmayaraq, komanda oyunlara 200 faiz köklənəcək. Demirəm, şansları yoxdur. Amma çox çətin olacaq. Futbolda hər şey mümkündür. Görək, komandalar necə oyun göstərəcəklər? İstənilən halda, "Qarabağ" üçün əla təcrübə olacaq".
Forvard "Qarabağ"ın yaxşı komanda olduğunu söyləyib: "Onlar cari mövsüm avrokuboklarda sərgilədikləri oyunla hər bir komandaya qarşı mübarizə aparmaq gücündə olduqlarını təsdiqləyiblər. Gəlin, gözləyək. Burada "Marsel"in Konfrans Liqasında oynamaq istəyi də rol oynayacaq. Görək, komanda meydana qələbə üçün çıxacaq, yoxsa az oynayan futbolçularına şans verəcək. Fikrimcə, gənc oyunçuları da kifayət qədər keyfiyyətlidir".
Rayselin sözlərinə görə, pley-off matçları üçün Ağdam təmsilçisinə hər hansı məsləhət vermək lazım deyil: "Komandalar 2 dəfə qarşılaşacaqlar. "Qarabağ" ilk növbədə, oyundan zövq almalı, yaxşı təşkilatlanmalı və uğurlu nəticəyə inanmalıdır. "Qarabağ" keyfiyyətli komandadır və heyətində yaxşı oynayan futbolçular var".
Futbolçu "Qarabağ"ın Fransada mümkün erməni təxribatı ilə üzləşə biləcəyi məsələsinə toxunub: "Mən həqiqətən nə deyəcəyimi bilmirəm. İnanıram ki, Fransa Futbol Federasiyası bütün mümkün təxribatların qarşısını almaq üçün hər şeyi edəcək. Orada hansısa insidentin baş verməsi yaxşı olmazdı".
Qeyd edək ki, "Qarabağ" "Marsel"lə ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək. Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 00:00 və 21:45-də başlayacaq/REport.
"Müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, o..." - "Məqsədimiz müəllimin saat 6-ya qədər məktəbdə qalması deyil"
Sarayda dəhşətli ailə faciəsi: oğul anasına 11 bıçaq vurub
Bakıda iki şəhidin məzarı qarət edənlər tutuldu - “Tək təsəllimizi aparıblar” (VİDEO, YENİLƏNİB)
Yeni partiya yaradacaq? - Dəmirtaşdan açıqlama
Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
Prezident paramenti buraxdı - Hökumətin yeni tərkibinə görə
Fred: "Artıq xal itirməyə haqqımız yoxdur"
Bakıda D-8 Media Forumu keçiriləcək - MEDİA məlumat yaydı
Deputatla spiker arasında maraqlı dialoq - "Qəzet yazırsınız?"
Sənətçilərlə mətbuat katibi efirdə üz-üzə gəldi: "Dedilər ki, “sən keçdin “qara siyahı”ya, çünki..."- “Mənim nazirlə heç bir qərəzim yoxdur" (VİDEO)
Nazir müşavirinə yeni vəzifə verdi - KTN-də daha bir təyinat
Türkiyə futbolunda qumar oyunu: daha 637 futbolçu cəzalandırıldı - "Beşiktaş"n iki oyunçusu...
“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha 54 nəqliyyat vasitəsi hərraca çıxarıldı
Prezident İlham Əliyev sərəncam imzaladı
Mərkəzi Bankın valyuta və qızıl ehtiyatları artdı - Bir həftə içində
Vüqar Məmmədov ev dustaqlığına buraxılmayıb - Məhkəmə prosesi
İndoneziyada vulkan püskürüb - 178 alpinist xilas edilib
Mikayıl Cabbarov İsraildə - XİN başçısı ilə görüşdü (FOTO)
Sabiq icra başçısının cəzaçəkmə yeri dəyişdirilib
Xocalıya növbəti köç olub
İki bitərəf deputat YAP-a üzv gözlənilir
Yeni ildə bir həftə tətil olacaq? - Açıqlama
Adnan Əhmədzadəyə aid milyonluq obyekt müsadirə edildi
AFFA 6 komandaya texniki məğlubiyyət verib
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Hadrut qəsəbəsinə növbəti köç olub
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
Türkiyədə zəlzələ olub
Sabah hava necə olacaq? - Proqnoz
İsrail Qəzzada bir evi vurub - Ölənlər var
Deputat: "Bəzi dövlətlərdə konsulluqlarımız açılmalıdır"
Rəqsanənin vəkili: "Zərərçəkənlərlə hər hansı problem qalmayıb"
COP30 çərçivəsində Azərbaycana vacib missiyalar həvalə olunub
Partiya sədri istefa verdi - Qızının parno görüntülərinə görə
Milli Məclisdə büdcə müzakirəsi davam edir
Dövlət katibinin müşaviri Bakıda Şəhidlər xiyabanında - FOTOLAR
Dünyanın ən güclü yığma komandaları - İlk 10-luq açıqlandı