"Legiya"nın futbolçularına hücumla bağlı bəyanat yayılıb

img

14-12-2021 [15:19]


Polşa Futbol İttifaqı və Ekstraklasa "Legiya" komandasının üzvlərinin yerli azarkeşlərin hücumuna məruz qalması ilə bağlı bəyanat yayıb.

Məlumata görə, hər iki qurum rəsmi saytı vasitəsilə baş vermiş insidenti qınayıb. Bildirilib ki, oyunçulara, məşqçilərə, hakimlərə və idman yarışlarının digər iştirakçılarına qarşı istənilən zorakılıq halları yolverilməzdir:

"İnsident səlahiyyətli dövlət orqanları futbol ictimaiyyəti ilə əməkdaşlıq çərçivəsində tam aydınlaşdırma tələb edir. Polşa Futbol Assosiasiyası və Ekstraklasa gələcəkdə oxşar hadisələrin qarşısının alınması üçün səyləri dəstəkləyəcək. Futbolda zorakılıq və ya təcavüz olmamalıdır"/Report.

Qeyd edək ki, fanatlar "Legiya"nın "Visla"ya 0:1 hesabı ilə uduzduğu Ekstraklasanın XVIII tur oyunundan sonra Varşava təmsilçisinin futbolçularına hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarətlər alıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA