Deputat: "Bu məsələdə Gürcüstan və digər ölkələrə uduzuruq"

img

14-12-2021 [12:53]


“Dəfələrlə aviabiletlərin qiymətlərinin baha olması məsələsini qabartmışıq. Bu məsələdə Gürcüstan və digər ölkələrə uduzuruq. Uduzurqsa, rəqabət də olmayacaq”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda ən yaxşı işləyən qurumlardan biri Dövlət Miqrasiya Xidmətidir: “Başqa ölkələrdən bura gəlib getmək əzaba çevrilib. Biz bu qanunu kiməsə iş yerinin yaradılması üçün qəbul etməməliyik. Ov turizminin də qanunda hər hansı bir formada əks etdirilməsi vacibdir”.

Deputat Azərbaycanda turistlərin aldadılması məsələsinə də xüsusi diqqətin yetirilməsinin vacibliyini vurğulayıb: “İnzibati Xətalar Məcəlləsinə turistlərin aldadılması ilə bağlı müddəa da əlavə edilməlidir. Turistlər bilməlidir ki, bu ölkəyə gələnlər aldadılmır”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA