Şirvan şəhərində qanvermə aksiyası keçiriləcək

img

14-12-2021 [10:04]


Bu gün Şirvan şəhərində hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların qanla təminatına yardım məqsədilə könüllü qanvermə aksiyası keçiriləcək.

Mia.az xəbər verir ki, aksiya B.Eyvazov adına Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının təşəbbüsü ilə Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-ində təşkil ediləcəkdir.
Aksiya zamanı toplanacaq  qan hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən insanların, xüsusən də uşaqların müalicəsinə sərf edilməsi məqsədi ilə Qan Bankına təqdim ediləcəkdir.

18-65 yaş aralığında, minimum 50-55 kq çəkisində olan hər bir sağlam insan qan donorluğu üçün müraciət edə bilər.

Vətəndaşlarımızı qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulmağa səsləyirik!    


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA