Nazirlik “Əks-göstəriş sertifikatı” ilə bağlı açıqlama yaydı

img

13-12-2021 [13:55]


COVID-19 əleyhinə vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərin “Əks-göstəriş sertifikatı” da artıq “Elektron səhiyyə” mobil tətbiqinə inteqrasiya edilib.

Mia.az Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, aşağıda qeyd olunan vətəndaşlar bu tətbiq vasitəsilə “Əks-göstəriş sertifikatı”nın alınması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edə bilər.

-Hamilə qadınlar

-Dağınıq skleroz

-Süd verən analar

Müraciət etdikdən sonra vətəndaş qeyd olunmuş hal üzrə müvafiq registrlərdə mövcud olduğu təqdirdə avtomatik olaraq əks-göstəriş sertifikatı mobil tətbiqdə əks olunacaq. Bu hallardan əlavə digər diaqnozlar olduğu təqdirdə vətəndaş əks-göstəriş sertifikatı almaq üçün ərazi üzrə qeydiyyatda olduğu poliklinikasına müraciət edə bilər.

Elektron Səhiyyə mobil tətbiqini Android əməliyyat sistemli cihazlarda Google Play-dən (Play Market), İOS əməliyyat sistemli cihazlarda isə APP Store-dan asanlıqda yükləyə bilərsiniz.

Qeyd edək ki, Elektron Səhiyyə Mobil tətbiqindən qeydiyyat Asan loginə inteqrasiya olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA