Bakıda kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açıldı - Xəstəxana 8 nəfərin adını açıqladı (YENİLƏNİB)

img

13-12-2021 [18:49]


Bir neçə şəxsin dönərdən zəhərlənməsi faktı ilə bağlı Cinyət Məcəlləsinin 200-cu (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsilə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, istintaq hərəkətləri davam etdirilir.

***

Ötən gün Bakıda dönərdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilən 8 nəfərin hamısı evə buraxılıb.

Mia.az Mərkəzə istinadla bildirir ki, mərkəzə gətirilərkən onların vəziyyətləri orta-ağır olsa da, qısa müddət ərzində həkimlərin sayəsində sağalıblar.

***

Bakıda dönərdən zəhərlənən şəxslərin adları məlum olub.

Kliniki Tibbi Mərkəzdən Mia.az-a verilən məlumata görə, zəhərlənən şəxslər "28 Mall" Ticarət Mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər:

"Müraciət edənlərin 1-i qadın, 7-si kişi olub. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Zəhərlənənlər Bayramov Cavid, Xəlilov Murad, Fəttahova Tünzalə, Əliyev Həmid, Soltanov Səid, Mirzəyev Rafiq, Ömərov Qüdrət, Soltanov Maqsuddur. Vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov, Murad Xəlilov evə buraxılıblar. Digərlərinin hazırda müalicəsi davam etdirilir".

***

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.

Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib ki, hadisə ötən gün “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verib.

Onun sözlərinə görə, orada gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib: “Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub. Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələri davam etdirilir. Bir nəfər isə artıq evə buraxılıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA