General Hikmət Mirzəyevin evinə oğru girib? - DİN-dən yayılan xəbərə reaksiya

img

12-12-2021 [19:48]


"Sosial şəbəkələrdə Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevin Abşeron rayonunda yerləşən evindən oğurluq edilməsi ilə bağlı iddialar yayılıb. Abşeron Rayon Polis İdarəsinə bununla bağlı hər hansı məlumat, müraciət daxil olmayıb. İddialar əsassızdır, həqiqəti əks etdirmir".

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkədəki hesabında yazıb.

Xatırladaq ki, Unikal.org saytı general Hikmət Mirzəyevin Saray qəsəbəsində yerləşən evinə oğru girdiyi barədə xəbər yayıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA