Səfir Türkiyənin Ağcabədidə yerləşən hərbi missiyasının qərargahına baş çəkib

img

10-12-2021 [15:29]


Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Ağcabədi rayonunda səfərdə olub.

Bunu diplomat tviter səhifəsində yazıb:

“Səfirliyimizin hərbi attaşesi general-mayor Zəkəriyə Yalçın, daxili məsələlər üzrə müşavir general-mayor Nuri Öztürk, hüquq müşaviri Oral Yurdakul ilə birlikdə Ağcabədiyə səfər etdik. Azərbaycanda fəaliyyət göstərən Missiya Qrup Komandanlığımızın tərkibində olan və Ağcabədidə yerləşən Missiyaya Dəstək Komandanlığını ziyarət etdik. Polkovnik Ahmet Ersendən komandanlığın fəaliyyəti ilə bağlı məlumat aldıq”, - səfir bildirib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA